Xarici vətəndaşlarla ailə quranlar artır

Illüstrasiya

-

Azərbaycanda xarici vətəndaşlarla ailə quranların sayı artıb.

Azərbaycanlılar daha çox qonşu ölkələr - Rusiya, Türkiyə, Gürcüstan vətəndaşları ilə ailə qururlar.

Bu haqda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Elgün Səfərov Trend-ə məlumat verib.

Elgün Səfərovun bildirdiyinə görə, 2014-cü ildə 1816 azərbaycanlı əcnəbi ilə ailə qurmuşdusa, ötən il belələrinin sayı 2680 nəfər olub.