“Rusiya təyyarələri “İslam Dövləti” qrupunun əlində olan Palmirə şəhərinə hücumda Suriya ordusuna havadan dəstək göstərir”.
Bunu Rusiya baş hərbi gərargahının rəsmisi Sergei Rudskoy martın 18-də deyib.
O bildirib ki, Rusiya təyyarələri bu irimiqyaslı əməliyyatı dəstəkləmək üçün hər gün azı 25 zərbə endirirlər.
Fəalların məlumatına görə zərbələr intensiz olduğundan ordu şəhərə doğru ləng irəliləyir.
Moskva Suriya ordusunun qədim Palmira şəhərini götürməyə yaxın olduğunu deyir.
Qeyd edək ki, Rusiya martın 15-dən Suriyadakı əsas hərbi qüvvələrinin çıxarılmasına başlayıb.