Davutoglu: "Martın 18-i tarixi gündür"

Ahmet Davutoglu

-

Avropa Birliyi ilə Türkiyənin martın 18-də Brüssel sammitində miqrant məsələsində yekun razılığa gəldilər.

Avropa Şurasının prezidenti Donald Tusk martın 18-də Tvitter səhifəsində AB liderləri ilə Türkiyənin baş naziri Ahmet Davutoglunun yektil razılığa gəldiklərini yazıb.

Davutoglu bunu tarixi gün adlandırıb.

Bundan əvvəl məlumatıFinlandiyanın baş naziri Juha Sipila və Çexiyanın baş naziri Bohuslav Sobotkada da təsdiqləmişdilər.

Razılaşmaya əsasən martın 20-dən başlayaraq Türkiyədən Yunanıstana keçən bütün qanunsuz miqrantlar geri-Türkiyəyə qaytarılacaq.

Əvəzində isə Avropa Birliyi Türkiyədəki Suriya qaçqınlarını qəbul edəcək.

Bunadan başqa Türkiyəyə maliyyə yardımının artırılması və onunla Avropa Birliyinə üzvlük danışıqlarının tezləşdirilməsi nəzərdə tutulur.

Buna da bax: "Xədicə ona görə əfvə düşmədi ki..."

Sizin brauzer HTML5-i dəstəkləmir

"Xədicə ona görə əfvə düşmədi ki..."