Rostov təyyarə qəzasında 62 nəfər həlak olub

Boeing 737-800 (Foto arxivdəndir)

-

Rusiyanın Rostov şəhərinin hava limanına enmək istəyən «Boeing 737» sərnişin təyyarəsi qəzaya uğrayıb.

62 nəfər həlak olub. Qəzadan sağ çıxan yoxdur.

RT xəbər verir ki, təyyarə Dubaydan gəlirmiş.

«Fly Dubai» şirkətinin FZ981 reysi ilə uçan təyyarə Rostova enərkən pis hava şəraiti vardı.

Bu da bildirilir ki, təyyarə aeroporta enmək üçün ikinci cəhdi edərkən qəzaya uğrayıb.