-
Fransa Paris hücumlarında əsas şübhəli sayılan Salah Abdeslam-ın Fransaya ekstradisiya olunması üçün bütün mümkün addımları atır.
Bunu Fransa prezidenti François Hollande deyib.
Salah Abdeslam martın 18-də Brüsselin Molenbek rayonunda həbs olunub.
Əməliyyat zamanı o, ayağından yaralanıb. Hazırda xəstəxanadadır.
26 yaşlı Abdeslam Paris hücumlarından əvvəl də Molenbekdə yaşayıb.
Ötən ilin noyabrında Parisdə törədilən terror aktlarında 130 nəfər ölüb.
Hücuma görə cavabdehliyi İŞİD üstünə götürüb.