-
Müxtəlif şeirlərindən bahar misraları
mən dörd ünsürə səcdə edirəm
və ürəyimin qanunlarını
korların yerəl hökmləri düzənləmir
***
quş dedi: “oooh! Necə də gözəl qoxu, necə də gözəl günəş!
bahar gəlib
və mən öz yarımı tapmağa çıxacağam”
quş eyvandan uçdu
bir xəbər kimi uçdu
quş kiçikdi
quş düşünmürdü
quş qəzet oxumurdu
quşun borcu yoxdu
insanları tanımırdı quş
quş havada
və qırmızı təhlükə işıqlarının üstündə
və xəbərsizcə yüksəklərdə uçurdu
və mavi anları
dadırdı çılğınca
quş, ah sadəcə bir quşdu
***
Nədir səssizlik, nədir, ey sevgilim?
nədir səssizlik söylənməyən sözlərdən başqa?
Susuram mən, amma dili sərçələrin
Təbiət şənliyində axan cümlələrin həyat dilildir
Sərçələrin dili yəni: bahar, yarpaq, bahar
Sərçələrin dili: meh, rayehə, meh,
fabriklərdə ölür indi sərçələrin dili
***
Bağda əkəcəyəm əllərimi
Çiçəklənəcəyəm,
bilirəm, bilirəm, bilirəm
ağappaq yumurtalar qoyacaqlar
qaranquşlar
Ovuclarımın mürəkkəb ləkəli
çuxurlarına