Kamçatkada zəlzələ olub

Kamçatkada balıqçı gəmisi, arxiv fotosu

-

Rusiyanın Kamçatka yarımadası yaxınlığında, Sakit Okeanda 6.6 bal gücündə zəlzələ olub. Məlumatı ABŞ Geoloji Xidməti yayıb.

Zəlzələnin Sakit Okeanda yaratdığı sunami təhlükəli deyil, məlumatda belə deyilir.

Zəlzələ Rusiyanın Komandorskiye adasından 225 km cənub-qərbdə, 30 km dərinlikdə baş verib.

Titrəyişlər zəif olduğundan ciddi ziyan gözlənilmir.