İran liderlərindəm fərqli bəyanatlar

Hassan Rohani, arxiv fotosu

-

İranın iki lideri Novruz çıxışlarında ölkə iqtisadiyyatı barədə fərqli baxışlar açıqlayıblar.

Ali Dini lideri Ayətulla Ali Khamenei özünə etibardan, Prezident Hassan Rohani isə digər ölkələrlə əməkdaşlıqdan danışıb.

Khamenei-nin sözlərinə görə, xarici investisiya yalnız yerli sənayenin inkişafına sərf edilərsə, faydalı olar.

Rohani isə deyib ki, “ölkədə əməkdaşlıq və səylər, eləcə də dünya ilə konstruktiv iş sayəsində iqtisadiyyatımız çiçəklənər və inkişaf edər”.

İrana sanksiyalar bu ilin yanvarında qaldırılıb. Ötən il Tehran dünya gücləri ilə nüvə razılaşması imzalayıb.