Yunanıstanın İdomeni qəsəbəsi ətrafındakı düşərkədə məskunlaşmış qaçqınlar Novruz bayramını elə burda qeyd etməli olublar.
Tonqalın ətrafın yüzlərlə qaçqın toplaşıb və bu sevinmək üçün indi çox az olan səbəblərdən biridir.
Novruz bayramını, Azərbaycan, İran , Əfqanıstan, bir sıra türkdilli xalqlar və kürdlər qeyd edir. Onlar milli bayraqlarını qaldırıb, mahnı oxuyur vərəqs edirlər.
"Biz Novruzu evimizdə qeyd etməliyik, amma müharibə və dağıntılara görə ölkədən qaçmalı olmuşuq. Amma bu gün biz kürdlər burda doğma bayramımızı qeyd edirik və bunu harda olmağımızdan aşlı olmayaraq edəcəyik"deyə kerd qaçqın bildirir.
Hazırda İdomeni düşərgəsində 10 mindən çox qaçqın var.
Onlar açıq havada yatmaq, soyuq və aclıqla mübarizə aparmaq məcburiyyətində qalıblar. Yunanıstan hökumətinin son məlumatına görə hazırda ölkədə təxminən 50 min qaçqın var.
Avropa Birliyi ölkələrinə üz tutan bu miqrantlar indi sərhəd bağlandığından Makedoniya sərhədində ilişib qalıblar.
Avropa Birliyi ilə Türkiyə arasındakı razılaşmaya görə Avropa Birliyində sığınacaq ala bilməyən qanunsuz miqrantlar Türkiyəyə qaytarılmalıdır.