Martın 21-də Xarkovdakı Rusiya konsulluğunun binası qarşısında hazırda Rusiyada həbsdə olan Nadia Savchenkoya dəstək aksiyası keçirilib.
Qeyd edək ki, Xarkov ölkənin şərq hissəsində yerləşir.
Aksiyaçılar Savchenkoya azadlıq və tezliklə buraxılmasını tələb ediblər.
"Bütün iş, onun ələ keçirilməsi, oğurlanması və bu günkü məhkəmə prosesində ona elan edilənbütün ittihamlar sadəcə qondarmadır. Biz çox gözəl başa düşürük ki, Rusiya prezidenti Putin və Rusiya hökumətinin 1 məqsədləri var. Ukrayna xalqını qorxutmaq",Dudko adlı aksiyaçı deyir.
Qeyd edək ki, martın 21-də Savchenkonun işi ilə bağlı məhkəmə prosesinin son mərhələsi başlayıb. Prosesin iki gün çəkəcəyi və martın 22-də hökm oxunacağı gözlənilir.
Savçenko 2014-cü ildə Ukraynanın şərqində2 rusiyalı jurnalisitin ölümündə, onların yerini deməkdə və sərhədi qanunsuz keçmıəkdə ittiham olunur.
O ittihamları rədd edir və Ukraynanın şərqində oğurlanaraq Rusiyaya aparıldığını deyir.
Prokuror ona 23 il həbs cəzası istəyib.