Savchenkonun tərəfdarlaı saxlanıb

Foto arxiv

Sankt-Peterburqda Rusiyada həbsdə olan ukraynalı pilot Nadia Savchenkoya tək-tək dəstək aksiyası keçirilib.

Polis aksiyaçılardan 5-ni saxlayıb.

“OVD-İnfo” portalının məlumatına görə, kremilpərəst radikal “Milli azadlıq hərəkatı”nın üzvləri aksiyaçılardan bir neçəsinə hücum ediblər.

Həmçinin hücum edənlərdən biri saxlanıb.

Martın 21-də Savchenkonun işi ilə bağlı məhkəmə prosesinin son mərhələsi başlayıb. Prosesin iki gün çəkəcəyi və martın 22-də hökm oxunacağı gözlənilir.

Savçenko 2014-cü ildə Ukraynanın şərqində 2 rusiyalı jurnalisitin ölümündə, onların yerini deməkdə və sərhədi qanunsuz keçmıəkdə ittiham olunur.

O ittihamları rədd edir və Ukraynanın şərqində oğurlanaraq Rusiyaya aparıldığını deyir.

Prokuror ona 23 il həbs cəzası istəyib.