-
Qazaxıstan Prezidenti Nursultan Nazarbaev-in Nur Otan partiyası parlamentin aşağı palatasındakı yerlərin 84-nü qazanıb.
Seçki martın 20-də keçirilib. Martın 22-də açıqlanan məlumatda bildirilir ki, Nazarbaev-ə müttəfiq Ak Zhol və Kommunist Xalq Partiyası 107 yerlik Məclisdə hərəyə 7 yer alacaqlar.
Qazaxıstanın etnik qruplarının birləşdiyi Xalq Assambleyası 9 yer qazanıb.
Yekun nəticələrə görə, Nur Otan 82.2 faiz, Ak Zhol 7.18, Kommunistlər 7.14 faiz səs toplayıb.
ATƏT təmsilçiləri səsvermədə “ideaal siyasi seçimin yetərli olmadığını” bildirib.