-
Tovuzda intihar hadisəsinin baş verdiyi bildirilir.
APA-nın xəbərinə görə, rayonun Yuxarı Öysüzlü kənd sakini, 52 yaşlı Mayıl Məmmədovun yaşadığı evin həyətindəki yardımçı tikilidə asılmış meyiti tapılıb. Rusiya vətəndaşı olan bu şəxsin intihar etdiyi bildirilir.
İki övlad atası olan M. Mayılovun hansı səbəbdən intihar etdiyi söylənilmir..
Tovuz prokurorluğu hadisənin səbəblərini araşdırır.
Azərbaycan mətbuatında tez-tez intihar halları ilə bağlı xəbərlər yayılır. Ancaq intiharların rəsmi statistikası aparılmır. Mətbuatda yazılanlara görə, Azərbaycanda intiharlar daha çox maddi sıxıntılar üzündən baş verir.
Buna da bax: Əlil: Rüşvət istədilər, özümü yandırdım
Sizin brauzer HTML5-i dəstəkləmir