Türkiyənin baş naziri Ahmet Davutoglu martın 22-də Brüsseldə törədilən terror aktlarını ittiham edib.
O ölkə parlamentində çıxış edərkən deyib ki, bu gün səhər Brüsseldə baş verənlər qlobal terrorçuluğun üzünü göstərir.
Davutoglu Belçika hökumətinə başsağlığı verib.
O bəşəriyyəti “İslam Dövləti” qrupu və PKK-da daxil olmaqla terrorun istənilən formasına qarşı mübarizə aparmağa çağırıb.
Martın 22-də Brüsseldə törədilən 3 partlayışda 30-dan çox adam ölüb.