-
Belçikada təhlükəsizlik səviyyəsi qaldırılıb və polis ölkə boyunca axtarışlara başlayıb. Martın 22-də əsas aeroport və metrostansiyasında törədilmiş bomba partlayışlarında azı 34 nəfər həlak olub. Hücumlara görə məsuliyyəti İslam Dövləti (İŞİD) silahlı qruplaşması üzərinə götürüb.
Hazırda 225 nəfərlik xüsusi qüvvə Brüsselə yerləşdirilib.
Baş nazir Charles Mochel hücumları “zorakı və qorxaq terror” adlandırıb.
Hücumlarda 180-dən çox insan yaralanıb, çoxu ağır vəziyyətdədir.
Polis Brüsselin Schaerbeek ərazisində reyd zamanı partlayıcılar və İŞİD-in bayrağını tapdığını bildirir.