Yəməndə Al-Qaeda düşərgəsi vurulub

Yəmən, arxiv fotosu

-

Martın 22-də ABŞ ordusu Yəməndə Al-Qaeda təlim düşərgəsinə hava zərbəsi endirib, onlarla ölü və yaralı var.

Pentaqonun sözçüsü Peter Cook-un sözlərincə, təlim düşərgəsi dağlarda yerləşib və Ərəbistan Yarımadasındakı Al-Qaedaya (AQAP) üzv olan 70-dən artıq terrorçu buradan istifadə edib. Cook deyir ki, döyüş zonasından onlarla yaraqlı çıxarılıb.

Yəmən rəsmisi Associated Press agentliyinə 40-dək yaraqlının öldüyünü və yaralandığını bildirib.

Yəməndə şiə husi üsyançıları ilə Səudiyyənin dəstəklədiyi hökumət qüvvələri arasında müharibə gedir. Al-Qaeda fürsətdən istifadə edərək tutduğu əraziləri genişləndirir.