Qazdan 7, dərmandan 5 nəfəri zəhərlənib

Qaz

-

Azərbaycanda bayram günləri - martın 20-dən 22-nə kimi ümumilikdə 7 nəfər dəm qazından, 5 nəfər isə dərmandan zəhərlənib.

Bunu APA-ya Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

A.Maqsudov onu da qeyd edib ki, bayram günlərində alkoqol sərxoşluğu ilə bağlı isə onlara 7 şikayət olub.