Moskvada Suriya böhranı müzakirə olunub

Sergei Lavrov və Frank-Walter Steinmeier

Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier Suriya ilə bağlı sülh danışıqlarında iştirak edən bütün tərəfləri prosesi pozmamağa çağırıb.

O bildirib ki, indi sülh danışıqlarında uduzmaq vaxtı deyil.

Steinmeier bunu martın 23-də Moskvada rusiyalı həmkarı Serei Lavrovla görüşdən sonra deyib.

Tərəflər görüşdə Ukrayna münaqişəsi və ümumilikdə yaxın şərq regionundakı vəziyyəti də müzakirə ediblər.

Lavrov Ukraynanı Minsk sülh razılaşmasının şərtlərini yerinə yetirməməkda günahlandırıb.

Həmçinin Steinmaier hər iki tərəfi razılaşmanın şərtlərinə əməl etməyə çağırıb və xəbərdarlıq edib ki, vəziyyət yenidən gərginləşə bilər.

O həmçinin Rusiyada 22 il azadlıqdan məhrum edilmiş ukraynalı pilot Nadia Savchenko üçün humanitar həll yolu tapılacağına ümidlə yanaşdığını vurğulayıb.