PSJ-nin hücumçusu Zlatan İbrahimoviç Çində oynamağa razılıq versə, dünyanın ən çox gəlirli futbolçusu olacaq.
İtaliyanın “La Repubblica” qəzetinin məlumatına görə,
Çinin superliqası bir il üçün fantastik məbləğ – 75 milyon avro təklif edib, ki bu rekord göstəricidir.
Amma İbrahimoviçə hansı klubdan təklif gəldiyi açıqlanmır.
Təkcə məlum olan budur ki, onu superliqaya Çin hakimiyyəti cəlb etmək istəyir.
Qeyd edək ki, İbrahimoviçin mövsümün sonunda PSJ-dən ayrılacağı gözlənilir.