-
Ümumdünya Antidopinq Agentliyi (WADA) Rusiya üzgüçülüyündə geniş yayılmış dopinq iddialarını araşdıracaq. Həmin iddiaları martın 23-də Britaniyanın “The Times” qəzeti irəli sürüb.
Qəzet yazıb k, illərdir Rusiya üzgüçülüyündə “sistematik” dopinq halları və bunların ört-basdır edilməsi baş alıb gedir. Məlumatda idman həkimi Sergei Portugalov-un Rusiya üzgüçüləri arasında göstərini gücləndirən dopinqləri təşviq etdiyi bildirilir. WADA həmin həkimin rusiyalı atletləri arasında dopinqin yayılmasındakı roluna görə ona ömürlük qadağa qoymağa çalışır.
WADA-nın noyabrda açıqlanan hesabatından sonra rusiyalı atletlər beynəlxalq yarışlardan uzaqlaşdırılıb.