Putin-in mumdan heykəlini qoydular

Vladimir Putin (solda) serbiyalı həmkarı Tomislav Nikolic ilə görüşdə, arxiv fotosu

-

Martın 23-də Serbiya muzeyində Rusiya Prezidenti Vladimir Putin-in mumdan heykəli nümayiş olunub. Heykəl Yaqodina şəhərində Mum Heykəllər Muzeyi tərəfindən minlərlə insan qarşısında göstərilib.

Serbiyanın Xarici işlər naziri Ivica Dacic Putin-i tərifləyib, Rusiyanı ölkənin ənənəvi müttəfiqi adlandırıb.

Putin muzeydə təmsil olunan ilk əcnəbidir. N1 kabel televiziyasının məlumatına görə, heykələ az müddət içində 2 min 500 nəfər baxıb.

Muzeydə 30-dək liderin, həmçinin 1990-cı illərdə Serbiyaya rəhbərlik etmiş Slobodan Milosevic-in heykəlləri var.