-
Bakı şəhəri, Binəqədi rayonunda məcburi köçkünlərinin məskunlaşdığı birmərtəbəli inzibati binada yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, binanın dam örtüyünün konstruksiyaları 720 kv.m sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.
30 sakin yanğın zamanı mənzillərindən təxliyə olunublar. Yanğının saat 02:16-da söndürüldüyü bildirilir.