Yol qəzasında 3 ölü, 2 ağır yaralı

-

Lənkəranda ağır yol qəza hadisəsi baş verib. "Report"un xəbərinə görə, qəza zamanı 3 nəfər ölüb, 2 nəfər ağır yaralanıb.

Hadisə Lənkəran-Boradigah şosse yolunun Ləvəngi dairəsinə yaxın yerində baş verib.

Şahidlərin bildirməsinə görə, Lənkərandan yüksək sürətlə gələn "VAZ 21 099" markalı avtomobil çayxanadan çıxan piyadaları vurub. İdarəetməni itirən avtomobil yoldan çıxaraq şam ağaclarına çırpılıb. Nəticədə sürücü də daxil olmaqla, 3 nəfər ölüb, 2 nəfərsə ciddi xəsarət alıb.

Ölən və yaralananlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Meyitlər aidiyyati üzrə Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.