-
2016-cı ilin yanvar-fevral aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar 7 milyard 888.7 milyon manatlıq məhsul istehsal ediblər. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə Ümumi Daxili Məhsulun (ÜDM) 3.2 faiz azalması anlamına gəlir.
«Trend» xəbəri Dövlət Statistika Komitəsinə istinadən yayıb.
Buna əsas səbəb kimi tikinti və nəqliyyat sektorunda istehsalın azalması göstərilir.
Bu dövrdə ÜDM-nin 38.1 faizi sənayenin, 13 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrinin payına düşür. Habelə bu siyahıda 8.7 faizlə tikinti, 7.2 faizlə nəqliyyat, 3.6 faizlə isə turizm və ictimai iaşə yer alır. Bunlardan başqa, 3.1 faiz kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, 2.1 faiz informasiya və rabitə, 13.6 faizi isə digər sahələrə aiddir.
Məhsula və idxala xalis vergilər də ÜDM-in 10.6 faizini təşkil edib.
Ümumi Daxili Məhsulun əhalinin hər nəfərinə düşən həcmi isə 822.3 manat (521.4 ABŞ dolları) olub.