Sabah 26 dərəcə isti gözlənilir

Günəş

-

Martın 25-i Bakı və Abşeron yarımadasında yağıntı gözlənilmir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeronda gecə 6-9, gündüz 15-23 dərəcə isti olacaq. Bakıda gecə 7-9, gündüz 18-20 dərəcə isti gözlənilir.

Sabah ölkənin rayonlarında da ciddi yağıntı gözlənilmir. Ancaq axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Gecə 7-12, gündüz 18-23, bəzi yerlərdə 26 dərəcə isti olacaq. Dağlarda gecə 0-5, gündüz 11-19 dərəcə isti gözlənilir.