-
İraq ordusu bildirir ki, ölkənin şimalındakı Mosul şəhərini İslam Dövləti (İŞİD) silahlılarından geri almaq uğrunda əməliyyat “başlanıb”.
Ordunun sözçüsü, briqada generalı Yahia Rasool martın 24-də deyib ki, Al-Fatah (Fəth) kod adıyla əməliyyat sübh tezdən başlanıb.
Rasool İraq qüvvələrinin Maxmur şəhəri ətrafında bir neçə kəndi tutduqlarını söyləyib. Bu şəhər Mosulun şərqində yerləşir. Sözçü ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq anti-İŞİD koalisiyasının hava zərbələri ilə əməliyyata dəstək verdiyini sözlərinə əlavə edib.
İŞİD Bağdaddan 360 km şimal-qərbdə yerləşən Mosulu 2014-cü ilin iyununda tutub. Ötən dekabrda İraq qüvvələri Ramadi şəhərinə geri alıb və İŞİD bununla son aylarda ən böyük itkisini verib.