Kerry-nin Lavrovla zarafatı

Sergei Lavrov və John Kerry

ABŞ Dövlət kativi John Kerry Moskvada Rusiyalı həmkarı Sergei Lavrovla görüşünün əməli olduğunu deyir.

Görüşdə əsasən Suriya və Ukrayna böhranı müzakirə olunub.

Kerry Suriyada atəşkəsin müsbət nəticələr verdiyini bildirib.

Amma qeyd edib ki, zorakılıq daha da azaldılmalı və humanitar yardımlar artmalıdır.

O Moskva görüşünün Suriya münaqişəsinin mümkün qədər tezz həlli, həmçinin Yəmən, Liviya və Yaxın Şərqdəki digər problemlərin həllində əməkdaşlığa yol açacağına ümidlə yanaşdığını deyib.

Kerry həmçinin Lavrovu doğum günü münasibətilə təbrik edib və zarafatından da qalmayıb, onu böyüklərə hörmət etməyə çağırıb.

O deyib ki, qoy 66 yaş danışıqlarımızda sizə əlavə müdriklik gətirsin.

Lavrov isə təşəkkür edib və deyib ki, əgər müdriklik yaşdadırsa, sizə çata bilmərəm.

Kerri isə deyib ki, əsas böyüklərə hörmətdir.

Lavrov 1950-ci il martın 21-də Kerri isə 1943-cü il dekabrın 11-də anadan olub.