-
Alyoşa
Ölü bir quş səsi
1
Hər uğursuz şəhərin ardında bir qadın bətnini boşaldır
Bu həmin səhər ki, yad bir pəncərə evi çevirir tərsinə, bəzən uçuruq
Unutmağın dili almadan sözləşir,
tarix adamda təkliyə başlayır
Liliylə Həvva arası məsafədə yer üzü çılpaq
axtalanmış qəhrəmanlıq ən yeni tarixlə evdələnir
sabah da ölməyə qaldığımız yerdən davam edicilik,
hər gün onlarla qapı heç yerə açılmırsa haradayıq
bu pəncərəyə böldüyü ümidin haqqı dadlı
bu yolun ortasında ölüm neçə dəfədir
2
Bəzi anlar baş verəcək, parçası kimi ölməkdəliyin
Bir yerdə unudacağım səbəb üçün zaman saat olarkən
Bu foto heç vaxt bu qədər çəkilməyəcək
əlləri ağaca ilişmiş ruh hər dəfəsində silinmiş ürpərtisini keçirir. Səni eşitmirəmsə, yaşamırlar.
3.
Nə varsa yol azdırmaqdı, yaxınlaşırıq kölgələşməyə
ən yeni səhər unutmaqdan və xatırlamamaqdan başlayır dözməyə
bu, yeni səhərin gündəlik çevrilişdi
ay bir də heç vaxt keçmiş olmayacaqdadı
mənə əlini qopar tanrıya çəkim
dirilək saatlar muzeylərə asılsın
bədənimin yaşayan hər zirvəsi bətndən başlayır
4.
Atasından ölmüş ağacın kölgəsi,
Nə vaxt uzansam, bildiyim ulduzlardan qayıdıram
əlimi üzünə tutan divar təkamüldən kənardadı
ölməkdə şeylərə bulaşıb böyük adamlı səs çıxarıram
çoxluğumdan qaçış xatirə dosyeləridir
milyonlarca yuxunun reallıq samanı bədənimə geydirilmiş divardı
bu hal zamanın ölü atası, yazın yarpaqlığı və ən yalanı yaşamaq var
bu yuxu geyindirilmiş həyatın qatı maye dadıdı
sabah növbəti heçliyin könüllü köləliyinə davam
5.
Ölü bir quş səsindən qaçmaq üçün ev bu
Nə vaxt olsa bayır soyuq tərpəşir
Yolun sonunda eyni nəğmə
6.
Öncə toxunmaq
diril
sonra üşü
qar söz dilində əridi
böyük torpaq parçasını yırtdı su