“Rolling Stones” Kubadadır

Foto arxiv

“Rolling Stones” qrupu martın 24-də Havanaya uçub və cümə günü paytaxtda Kubanın tarixində ilk dəfə rok-konsert keçirilir.

İnqilabçı Kuba hakimiyyəti 1959-cu ildə bu qrupun mahnılarını radio və televiziyalarda qadağan eləmişdi.

Hakimiyyət bu qrupun mahnılarının Kuba xalqının ideologiyasına zidd olduğunu deyirdi.

Amma təxminən yarım əsrdən sonra-martın 24-də qrup böyük pulsuz konsert vermək üçün Havanaya gəlib.

Təyyarədən düşən Mik Caqqerjurnalistləri İspan dilində salamlayıb və ilk dəfə Kubaya gəlişindən məmnun olduğunu deyib.

“Rolling Stones” qrupunun Latın Amerikası ölkələrinə turnesi martın əvvəllərində bitib.

Amma musiqiçilər sonradan Kubada da çıxış etmək qərarına gəliblər.

Onlar Kubada konsert verəcək dünyanın ilk rok-ulduzlarıdır.

“Möhtəşəm olacaq.Burda heç vaxt belə böyük konsert olmayıb.Hələ 10 il əvvəl bunu heç ağıla da gətirmək omazdı.

Bunu burda yaşıyanların hamısı bilir”, Mik Caqqer deyir.

Konsert böyük Sidad Departiva İdman kompleksində keçiriləcək.Təşkilatçılar hesab edir ki, konsertdə 400 mindən çox adam iştirak edəcək.