Belçikada İntiharçının qardaşı danışdı

Foto arxiv

Belçika polisi cümə gününə keçirilən reydlərdə 6 şübhəlini həbs edib.

Onlar Brüsseldəki hava limanı və metro stansiyasında törədilən partlayışlarda əlləri olmaqda şübhəli bilinirlər.

Amma saxlananların şəxsiyyəti açıqlanmır.

Fransanın daxili işlər naziri Bernar Qaznöv isə martın 24-də Parisdə partlayışa hazırlaşmaqda şübhəli bilinən 1 nəfərin həbs edildiyini bəyan edib.

Nazir onun bir neçə gün izləndiyini bildirir.

Amma hücumun məhz harda palanlaşdırıldığı açıqlanmır.

Brüsseldə törədilən partlayışlara görə cavabdehliyi “İslam Dövləti” qrupu üzərinə götürüb.

Martın 21-də törədilən hücumlarda 31 nəfər ölüb, 270-dən çox adam yaralanıb.

İntiharçılardan birinin qardaşı Murad Laaxroui cümə axşamı jurnalistlər qarşısına çıxıb. O hava limanında özünü partladan qardaşı Nacimin mehriban və təhsilli olduğunu və heç vaxt onda radikallıq hiss olunmadığını deyib.

“Bunun o olduğuna inana bilmirəm, Amma artıq belə olub. Vəkilim demişkən ailəni seçmirlər”, deyə o bildirir.

Polis hesab edir ki, Brüssel hücumları və ötən ilin noyabrında Parisdə 130 nəfərin ölümü ilə nəticələnən terror aktlarını eyni qrup təşkil edib.