-
Kinorejissor Tofiq İsmayılov martın 25-də vəfat edib.
Bu haqda Mədəniyyət və Turizm Nazirliyinin saytı xəbər verir.
Nazirlik uzun sürən ağır xəstəlikdən sonra, rejissorun ölümünü Azərbaycanın mədəniyyət ictimaiyyəti üçün ağır itki sayır.
Tofiq İsmayılov 1939-cu ildə Bakıda doğulub. Fəaliyyətə hələ orta məktəbdə oxuyarkən Gənc Tamaşaçılar Teatrında aktyorluqdan başlayıb.
Müxtəlif vaxtlarda, Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycanfilm" kinostudiyasında rejissor işləyib. Uzun illər, İncəsənət İnstitutunun rejissorluq kafedrasına rəhbərlik edib.
“Mən nəğmə bəstələyirəm”, “Bizim küçənin oğlanları”, “Gilas ağacı”, “Oxuyur Müslüm Maqomayev”, “Əzablı yollar”, “Musiqi müəllimi”və “Vulkana doğru” filmlərini ərsəyə gətirib.