Gəlirlər manatla artıb, amma...

-

Yanvar-fevral aylarında ölkə əhalisinin gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 10 faizdən çox artıb. Gəlirlərin ümumi məbləği 6 milyard manatdan artıqdır.

Bu haqda Dövlət Statistika Komitəsinin 2016-cı ilin ilk iki ayı üzrə hesabatında bildirilir.

Trend xəbər verir ki, hesabata görə, iki ay üzrə əhalinin adambaşına düşən gəlirlərinin həcmi 673 manat təşkil edib. Bu ötən ilin analoji dövrü ilə müqayisədə 9 faiz artıqdır.

Dövlət komitəsinin hesabatına görə, əhalinin gəlirləri göstərilən hesabat dövrü ərzində 5,77 milyard manat təşkil edib. Bu göstərici də ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 9 faiz çoxdur.

Ancaq ötən il, fevral və dekabr aylarında Azərbaycanda iki devalvasiya baş verib. Bu devalvasiyalar nəticəsində, manat dollar qarşısında, təqribən 100 faizə yaxın, başqa sözlə 2 dəfə dəyər itirib.