Brüsseldə partlayış səsi,1 nəfər saxlanıb

Foto arxiv

Belçika polisi martın 25-də yenidən Brüsseldə reydlərə başlayıb.

Bu barədə yerli mətbuat xəbər verir.

Məlumatlara görə, martın 25-də keçirilən reyd zamanı şəhərin ətrafındakı Schaerbeek məhəlləsində partlayış səsi eşidilib.

Əməliyyat zamanı 1 nəfərin zərərsizləşdirildiyi və həbs edildiyi bildirilir.

Polis bunun Parisdə baş tutmayan terror aktı ilə bağlı olduğunu deyir.

Amma rəsmilər hələlik məsələyə münasibət bildirməyib.

Cümə gününə keçən gecə keçirilən reydlərdə isə 6 şübhəli saxlanıb.

Martın 21-də Brüsseldə törədilən 3 partlayışda 31 nəfər ölüb, 270 nəfər xəsarət alıb.