Putin Kadyrovu icraçı rəhbər təyin elədi

Vladimir Putin və Ramzan Kadyrov

Rusiya prezidenti Valdimir Putin Ramzan Kadyrovu Çeçenistanın icraçı rəhbəri təyin edib.

Region rəhbərliyinə seçki bu ilin sentyabrında keçiriləcək.

Putin Kadyrovun bu seçkidə iştirak edəcəyinə ümidlə yanaşdığını bildirib.

Bu barədə İnterfaks agentliyi xəbər verir.

Ramzan Kadyrov Çeçenistanı 2007-ci ildən idarə edir.

O atası Ahmet Kadyrovun 2004-cü ildə qətlindən sonra hakimiyyətə gəlib.

Kadyrovun səlahiyyətləri aprelin 5-də bitir.

Hüquq müdafiəçiləri insanların oğurlanması,itkin düşməsi, işgəncə və qətllər də daxil olmaqla insan haqlarının kobud və kütləvi şəkildə pozulmasında ittiham edirlər.