Peskov Qarabağdan danışır

Dmitry Peskov

“Dağlıq Qarabağ münaqişəsi hələ ki, həll olunmamış qalıb. Rusiya isə bu prosesin eyni vəziyyətdə qalmaması üçün ciddi səylər göstərir”.

RİA Novosti xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitry Peskov deyib.

Peskov bildirib ki, bir ölkənin digərinə qarşı qeyd-şərtsiz bəyanatlar səsləndirməsi heç bir inkişafa yol aça bilməz:

“Hələlik sevinmək üçün hansısa bir irəliləyiş yoxdur. Amma bu məsələdə yeganə çıxış yolu vasitəçilərin həm Yerevan, həm də Bakı üçün əlverişli şərait yaratmasıdır”.