Üç nazirin Bakı görüşünə hazırlıq

Sergei Lavrov (sağda) Grigory Karasin-lə, arxiv fotosu

-

Rusiya, Azərbaycan və İran xarici işlər nazirlərinin aprel ayının əvvəlində Bakıda görüşü gözlənilir.

"APA" informasiya agentliyi bu xəbəri Rusiya Federasiyası Xarici İşlər nazirinin müavini Grigory Karasin-ə istinadən yayıb. G.Karasin xarici işlər nazirlərinin göstərilən tarixdə görüşü üzərində işlənildiyini deyib.

Martın 24-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova da naziri Sergei Lavrov-un Bakı səfəri üzərində iş getdiyini bildirmişdi.

İndilik, Lavrov-un səfərinin dəqiq tarixinə, hələlik, aydınlıq gətirilməyib.