Kremldən yeni ittiham

Dmitry Peskov

-

Kreml xarici hökumətləri və media təşkilatlarını Rusiyada gözlənən parlament seçkilərini pozmaq cəhdində ittiham edib. Martın 28-də Kremlin sözçüsü Dmitry Peskov deyib ki, bəzi təşkilatlar Prezident Vladimir Putin-i gözdən salmağa çalışır.

“Fəal şəkildə ölkəyə təsir göstərmək istəyirlər. Ölkədə problemlər yaratmağa çalışırlar”, Peskov deyib.

Peskov, özəlliklə, Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsiumunun adını çəkib, deyib ki, Putin-in ailəsini, dostlarını araşdırırlar.

Vaşinqtonda yerləşən bu jurnalist şəbəkəsi hələlik məsələni şərh etməyib.

Artıq neçənci dəfədir ki, Rusiya rəsmiləri sentyabrda keçiriləcək parlament seçkisinin xarici qüvvələr tərəfindən pozula biləcəyini iddia edirlər.