Təyyarəni qaçıran həbs edildi

Foto arxiv

Misir təyyarəsini Kiprə qaçıran şəxsin Larnaki hava limanında həbs edildiyi xəbər verilir.

Bu barədə Kiprin hakim dairələri xəbər verir.

Bundan əvvəl onun Seyf Eldin Mustafa olduğu bildirilirdi.

Kipr mətbuatının yazdığına görə, o Misirdəki bütün qadın məhbusların azad ediməsi və Avropa Birliyi rəsmilərlə görüş tələb edirmiş.

Kipr hakimiyyəti bundan əvvəl onun İsgəndəriyyə Universitetinin professoru olduğunu və Kiprdən sığınacaq istəməsi barədə məlumat yaymışdı.

Məlumat həmçinin onun keçmiş həyat yoldaşının Kiprdə yaşadığı bildirilirdi.

Qaçırılan A 320 təyyarəsi ehtiyat xəttə aparılıb.

Təyyarədə 3 sərnişin və 4 heyət üzvü girov saxlanılırdı.

Rəsmi məlumata görə, təyyarədə 81 sərnişin və 15 heyət üzvü olub.

İnsidentə görə martın 29-da Kipr-Nyu-York reysi təhlükəsizlik baxımndan təxirə salınıb.

Misir Mülki Aviasiya İdarəsinin məlumatına görə, təyyarə martın 29-da İsgəndəriyyədən Qahirəyə uçurmuş.

Amma üstündə partlayıcı olduğunu deyən həmin şəxs təyyarənin Kiprə düşməsini tələb edib.