Levandoski "Bavariya" ilə müqaviləni uzatdı

Robert Lewandowski

"Bavariya"nın hücumçusu Robert Levandoski klubla müqaviləni uzadıb.

"Bild" qəzetinin yazdığına görə, bir sıra məşhur klubların marağında olmasına baxmayaraq o öz klubu ilə yeni müqavilə imzalayıb.

Onunla Madridin "Real"və İngiltərənin "Mançester Siti" klubları maraqlanırdı.

Yeni müqaviləyə görə 27 yaşlı futbolçu 2021-ci ilə qədər “Bavariya”nın şərəfini qoruyacaq.

Qeyd edək ki, cari mövsüm Bundesliqada 26 oyun keçirən Levandoski 25 qol vurub.