İran prezidenti Hasan Rohaninin Avstriyaya səfəri təhlükəsizlik baxımından təxirə salınıb.
Bu barədə martın 29-da Avstriya prezidentinin ofisi məlumat yayıb.
Səfər martın 30-31-nə nəzərdə tutulurdu.
Amma səfərin təxirə salınması barədə əlavə məlumat verilmir.
Rohaninin səfər zamanı avstriyalı həmkarı Heinz Fischer və digər ölkə rəsmiləri ilə görüşü nəzərdə tutulurdu.
Vyana səfəri Rohaninin sanksiyalardan sonra Avropaya ikinci böyük səfəri olmalı idi.
Rohani bu ilin yanvarında İtaliya və Fransaya səfər edib, bir sıra çoxmilyardlıq müqavilələr imzalanıb.