Koalisiya yarada bilmədilər

Yulia Tymoshenko parlamentdə çıxış edir, 29 mart, 2016-cı il

-

Martın 29-da Ukraynada yeni koalisiya yaratmaq cəhdləri iflasa uğrayıb. Son məqamda keçmiş baş nazir Yulia Tymoshenko-nun partiyası tələblər irəli sürüb.

Tymoshenko-nun gələcək koalisiya üzvləri ilə görüşdə bir tələbi enerji qiymətlərinin artımından imtina olub.

Enerji qiymətlərinin artırılmasını Beynəlxalq Valyuta Fondu tələb edir.

Deputatlar görüşdən sonra deyiblər ki, koalisiya yaratmaq ümidləri doğrulmayıb.

Baş nazir Arseniy Yatsenyuk-un partiyası martın 28-də elan etmişdi ki, Tymoshenko-nun partiyası və Prezident Petro Poroshenko-nun fraksiyası ilə birlikdə yeni alyans yaradılacaq.

Bu koalisiyanın ölkədəki siyasi böhrana son qoyacağına ümidlər vardı.