Rusiya nüvə sammitinə getmir

2014-cü ildə nüvə sammiti Haaqada keçirilmişdi

-

Rusiya martın 31-dən aprelin 1-dək Vaşinqtonda keçiriləcək Nüvə Təhlükəsizliyi Sammitində iştirakdan imtina edib.

Sammitdə nüvə materiallarının terrorçulardan necə qorunması yolları müzakirə olunacaq. Ancaq dünyada ən böyük nüvə arsenalına malik Rusiyanın imtinası rəsmilər və təhlilçilər arasında çaşqınlıq, narahatlıq yaradıb.

Bu sammit dördüncü və ola bilsin, sonuncudur.

«Açığı, bu barədə baş sındırırıq», Dövlət Departamentinin silahlara nəzarət sazişləri üzrə baş rəsmisi Rose Gottemoeller martın 29-da deyib.

Vaşinqtonda mənzillənən Silahlara Nəzarət Assosiasiyasının təhlilçisi Kingston Reif isə bildirib ki, Rusiyanın imtina qərarı “narahatlıq yaradır”.