-
BMT-nin Baş katibi Ban Ki-moon bütün ölkələri həmrəylik göstərməyə, 2018-ci ilədək yarım milyonadək suriyalı qaçqını qəbul edib yerləşdirməyə çağırıb.
Ban bunu martın 30-da Cenevrədə BMT-nin qaçqınlar üzrə agentliyinin (UNHCR) ev sahibliyi etdiyi konfransda deyib.
Beş ildir davam edən Suriya münaqişəsində az 250 min nəfər həlak olub, 5 milyonadək insan qaçqın düşüb.
Fevralda Londonda keçirilən konfransda dünya ölkələri suriyalı qaçqınlara kömək məqsədilə 11 milyard dollar boyun olublar.