-
«Azəriqaz» İstehsalat Birliyinin Müdafiə Nazirliyinə qarşı borcun ödənilməsi ilə bağlı iddiasına apellyasiya baxışı başa çatıb.
APA xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi nazirlikdən qaz pulu borcunu istəyən Birliyin əleyhinə qərar çıxarıb. Apellyasiya instansiyası «Azəriqaz» İstehsalat Birliyinin iddiasını rədd edən 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
«Azəriqaz» İstehsalat Birliyi Müdafiə Nazirliyinin istifadə etdiyi təbii qazın dəyərini ödəməməsi ilə bağlı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdi. Məhkəmə iddianı təmin etməmişdi.