Sədr Avropa standartlarından danışdı

Rüfət Aslanlı

-

Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının ilk iclası keçirilib.

Palatadan verilən məlumata görə, sədr Rüfət Aslanlı böhranının Azərbaycana təsirini minimuma endirmək üçün maliyyə sektorunda aparılan institusional dəyişikliklərin əhəmiyyətindən danışıb.

Sədr deyib ki, əsas hədəf Azərbaycanda müasir, qabaqcıl, Avropa standartlarına uyğun olan maliyyə nəzarəti orqanı yaratmaqdır.

R.Aslanlı Palatanın nəzarət sferasına daxil olan sektorlar üzrə problemlərin miqyasının diaqnostika edilməsi, bu sahələr üzrə müvafiq strategiya və taktikaların müəyyən olunması istiqamətində tapşırıqlar verib.

Maliyyə Bazarlarına Nəzarət Palatası bu il fevralın 3-də prezident İlham Əliyevin sərəncamı ilə yaradılıb. Mərkəzi Bankın bir sıra səlahiyyətləri yeni yaradılan quruma verilib.

Palatanın səlahiyyətinə kredit təşkilatları, sığorta sektoru, qiymətli kağızlar bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət funksiyaları daxildir.

Həmçinin, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət də onun səlahiyyətinə verilib.