Dağıstanda növbəti partlayış

Foto arxiv

Dağıstandakı nəzarət-buraxılış məntəqələrindən birində maşının partladılması nəticəsində 1 polis ölüb, biri isə yaralanıb.

İnterfaksın məlumatına görə, maşın martın 30-da Sirtıc kəndindəki məntəqədə dayanarkən partlayış baş verib.

Bu son gün ərzində Dağıstanda polislərə edilən ikinci hücumdur.

Martın 29-u axşam saatlarında Daxili İşlər Nazirliyi operativ qrupunun iki maşını yolda partladılıb.

Nəticədə 1 polis ölüb, ikisi yaralanıb.

İstintaqın gəldiyi nəticəyə görə yola qoyulan bombanı yaraqlı partladıb.

Partlayışa görə cavabdehliti “İslam Dövləti” qrupunun yerli qanadı üzərinə götürüb.