Nawaz Sharif ABŞ-a getmədi

Nawaz Sharif

-

Pakistanın Baş naziri Nawaz Sharif Birləşmiş Ştatlara səfərini ertələyib. Səbəb ötən bazar Lahorda 70 nəfərin həyatına son qoymuş partlayışdır.

Sharif daha öncə Vaşinqtonda nüvə təhlükəsizliyi sammitində iştirakı planlaşdırır.

“Prezident Obama Baş nazir Sharif-in qərarını anlayır”, Ağ Ev martın 30-da bildirib. Sharif-lə Obama telefon söhbəti ediblər. Obama Sharif-ə başsağlığı verib.

Obama terrorçuluqla mübarizədə Pakistanla işləməyə sadiqliyini bir daha vurğulayıb.

Lahor partlayışına görə məsuliyyəti Talibana bağlı qrup üzərinə götürüb.