Serb millətçiyə hökm oxunacaq

Vojislav Seselj

-

Martın 31-də BMT məhkəməsi 1990-cı illər Balkan müharibələrində etnik təmizləməni təşviq etməkdə ittiham olunan serb millətçisi Vojislav Seselj-ə hökm oxuyacaq.

61 yaşlı Seselj Haaqa məhkəməsindəki prosesə qatılmayacaq. 2014-cü ildə onun xərçəng xəstəliyinin son mərhələsində olması aşkarlanıb və azadlığa buraxılıb. O vaxtda Serbiyada siyasətə girişib, Haaqa məhkəməsinin qərarlarına əleyhinə yürüşlərdə çıxış edir.

Seselj Serbiyanın keçmiş prezidenti Slobodan Milosevic dövründə Baş nazirin müavini olub. Xorvatiya və Bosniyada, eləcə də, Serbiyanın Vojvodina vilayətində etnik təmizləmənin təşviqində ittiham olunur. Bu məqsədi həyata keçirmək, etnik baxımdan təmiz “Böyük Serbiya” yaratmaqdan ötrü yarımhərbi birləşmələrin formalaşdırılmasına kömək edib. İttihamnamədə belə deyilir.