Yükdaşımalarda qiyməti dövlət tənzimləyəcək

Liman

-

«Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı»nda dəyişiklik edilib.

«Trend» bu xəbəri Nazirlər Kabinetinə istinadən yayıb. Artıq dəmiryol və dəniz nəqliyyatı ilə tranzit yüklərin daşınması həmin siyahıya əlavə edilib.

Bura habelə tranzit yüklərlə bağlı liman qurğularının istismarı və bir sıra xidmətlər daxil edilib.

«Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı»nı Nazirlər Kabineti 2005-ci il sentyabrın 28-də təsdiq etmişdi.