-
Macar yazıçısı, Auschwitz şahidi, 2002-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatı almış Imre Kertesz 86 yaşında dünyasını dəyişib.
MTI dövlət xəbər agentliyinin məlumatına görə, naşiri deyib ki, Kertesz martın 31-də uzun xəstəlikdən vəfat edib.
Kertesz əsərlərində nasist ölüm düşərgələrini təsvir edib. Nobel mükafatına da həmin əsərlərə görə layiq görülüb.